
Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıblar.
Bu barədə Primeinfo.az-a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib.
Bildirilib ki, J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus hava gəmisi paytaxta çatıb.
Təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.