Xəbər axtarın

Son axtarış nəticələri:

Məşhur müğənni həyat yoldaşına 63 milyonluq villa aldı - FOTO

10.10.2025 14:22

Türkiyəli müğənni Berkay həyat yoldaşı Özlem Ada Şahinə aldığı hədiyyə ilə gündəm olub.

Primeinfo.az Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, o, xanımına ad günü münasibəti ilə 63 milyon lirəlik (2,5 milyon manat) hovuzlu malikanə alıb.

Türkiyənin Zekeriyaköy bölgəsində yerləşən villa 3 mərtəbəlidir.

Müğənni həyat yoldaşı və qızları ilə yeni evlərinin təmiri bitənə qədər Tarabyada Boğaziçi mənzərəli rezidensiya kirayələyib. O, iki ay qalacaqları mənzilin 900 min lirə ödənişini əvvəlcədən ödəyib.

Qeyd edək ki, Berkay daha əvvəl Özlemə aldığı 2,6 milyonluq qolbaq, 1,7 milyonluq üzük, 20 milyonluq avtomobil və 22 milyonluq mülklə də diqqət çəkib.

 

Paylaş: