Nikol Kidman 19 il ərzində evli olduğu Keyt Urbandan ayrıldıqdan sonra Portuqaliyaya köçməyi planlaşdırır.
Primeinfo.az “Daily Mail’”ə istinadən xəbər verir ki, Oskarlı ulduz artıq Lissabonda lüks bir malikanəni gözaltı edib. Boşanma prosedurları başa çatdıqdan sonra Kidman qızları – 17 yaşlı Sandey Rouz və 14 yaşlı Feyt Marqaret ilə birlikdə Portuqaliyaya köçəcək.
Cütlük ayrıldıqdan sonra onların 282 milyon dollar dəyərində ortaq əmlakının aqibətinin necə olacağı bilinmir.
Xatırladaq ki,Nikol Kidman sentyabrda “şiddətli dözümsüzlük” səbəbindən boşanmaq üçün məhkəməyə müraciət edib.