“Ramiz Mehdiyevə 4 aylıq ev dustaqlığının verilməsi çox humanist qərardır. Çünki onun özü Azərbaycanı sevən insanlara qarşı belə davranmayıb”.
Primeinfo.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişinə müsahibəsində bildirib.
Siyasi şərhçi qeyd edib ki, görünür, Ramiz Mehdiyevin yaşını və səhhətini nəzərə alıblar:
“Lakim fikrimcə bu, çox humanist qərardır. Çünki o, həbs etdirdiyi milli insanlara qarşı heç vaxt ədalətli olmayıb. Həbsxanalarda onlara ən ağır işgəncələri verdirib. Azərbaycanı sevən insanların siyasi və iqtisadi arenada görünməsinə imkan verməyib, onların başını kəsib. Azərbaycanı sevən insanları Azərbaycandan didərgin salıb. Əlbəttə, o, tək olmayıb. Gözləntimiz odur ki, bu qərar həmin şəbəkənin də ifşasına gətirib çıxarsın”.