Xəbər axtarın

Son axtarış nəticələri:

Pənah Hüseyn: Necə olur ki, İrəvanda gedişhaqqı Bakıdan ucuzdur? – VİDEO

02.10.2025 14:23

Oktyabrın 1-dən Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılması ətrafında müzakirələr davam edir.

Primeinfo.az xəbər verir ki, keçmiş Baş nazir Pənah Hüseyn Azərbaycanda metro və avtobusların qiymətini Ermənistanla müqayisə edib.

O, Prime TV-nin efirində yayımlanan “Milli fikir” verilişində bildirib ki, İrəvanda əhali təxminən 1 milyon, Bakıda isə 4 milyona yaxındır. Amma buna baxmayaraq, bizdə ictimai nəqliyyat daha bahadır:

“Bəs necə olur ki, İrəvan metrosu öz maya dəyərini ödəyir, Azərbaycanda metro, avtobus basabas olduğu halda, öz maya dəyərini ödəmir?”

Paylaş: