
“Bəzən Nobel Sülh mükafatı elə şəxslərə verilib ki, onların sülhə heç bir töhfəsi olmayıb”.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edib ki, elə bu səbəbdən də Nobel Komitəsi öz nüfuzunu itirib.
Rusiya dövlət başçısı, həmçinin qeyd edib ki, ABŞ-li həmkarı Donald Tramp Ukraynadakı böhranı həll etməyə səmimi şəkildə çalışır.
Xatırladaq ki, Nobel Sülh mükafatını bu il ABŞ Prezidenti Donald Trampın alacağı təxmin edilirdi, ancaq laureat Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçado olub.