Xəbər axtarın

Son axtarış nəticələri:

Qafarova və Simonyan konstruktiv dialoqu davam etdirəcəklər - FOTO

21.10.2025 16:12

Azərbaycan və Ermənistan parlament sədrlərinin oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində ikitərəfli görüşü keçirilib.

Bu barədə Primeinfo.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Tərəflər həmçinin konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını vurğulayıblar.

Paylaş: