Xəbər axtarın

Son axtarış nəticələri:

Qızılın qiyməti 4 min dollara yaxınlaşıb

06.10.2025 11:33

Dünya bazarlarında qızılın qiyməti artmaqda davam edir.

Primeinfo.az birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,52% artaraq 3 968,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,93% artaraq 48,413 ABŞ dolları olub.

 

Paylaş: