Xəbər axtarın

Son axtarış nəticələri:

“Ramiz Mehdiyev ağac qurdu kimi dövləti içəridən yeyirdi” - ŞƏRH - VİDEO

15.10.2025 16:48

“Ramiz Mehdiyev vaxtilə Azərbaycanın dövlət qəzetlərində ideoloji məqalələrlə çıxış edirdi, Azərbaycan daxilində düşmən axtarırdı. Hansı ki, söhbət öz fəaliyyətini malalamaqdan gedirdi”.
Primeinfo.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişinə müsahibəsində bildirib:
“Ramiz Mehdiyev 24 il ərzində özünün uydurması əsasında ona verilmiş “Boz kardinal” adı altında fəaliyyət göstərirdi. Onun hakimiyyəti nağıllara bənzəyirdi”.
M.Rəhimovun sözlərinə görə, ölkədə korrupsiyanın başında duran Ramiz Mehdiyevin fəaliyyəti dövləti içəridən yeməyə yönəlib:
“Belə olanda, bir də baxırsan ki, dövlət aşdı. Çünki ağac qurdu kimi dövləti içəridən yeyirdi. Ağacı qurd yeyəndə onun ancaq qabığı qalır və adi bir təkandan onu devirmək mümkün olur. Yadınıza gələr, Gülər Əhmədovanın məsələsində Ramiz Mehdiyevin adı hallanırdı. Amma o, əlində olan səlahiyyətlərindən istifadə edərək bu məsələni ört-basdır etdi”.

 

Paylaş: