Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyevə mədhiyyə deyənlər təlaşda - Aygün Muradxanlı

15.10.2025 12:10

“Ramiz Mehdiyevə mədhiyyə deyənlər indi həbsi haqqında status yazıb reklama qoyurlar. Niyyətləri nədir? Onları tanımayanlardan “layk” yığıb ən qatı anti-Ənvəroviç görünmək”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının “Boz kardinal” ləqəbli keçmiş rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra başlanan geniş ictimai müzakirələrə münasibət bildirən jurnalist Aygün Muradxanlı öz “Facebook” səhifəsində yazıb.

Jurnalist statusunu bu sözlərlə tamamlayıb: “Dövlət baba bunları yeməz!!! Sıra Azərbaycan dövlətinə qarşı Kremlə nökərlik edənlərin hamısına çatacaq.

Allah böyükdür!”

Paylaş: