Ötən gün həbs edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Fövqəladə Hallar Nazirinin müavini postunu tutan oğlu Timur Mehdiyevdən xəbər yoxdur.
Primeinfo.az xəbər verir ki, “Boz kardinal” ləqəbli Ramiz Mehdiyev işdən çıxarılsa da, oğlu vəzifədə saxlanmışdı. Lakin ötən gündən Timur Mehdiyevə də zəng çatmır. Bundan başqa onun kürəkəni – keçmiş deputat İlham Əliyevin də telefonu söndürülüb.
Onların heç birindən Ramiz Mehdiyevin həbsinə münasibət öyrənmək mümkün olmayıb.