Xəbər axtarın

Son axtarış nəticələri:

Şahin Nəcəf: “Harada avara adam var, onlardan Valideyn Şurası yaratdılar” – VİDEO

13.10.2025 12:13

“Prezident göstəriş verdi ki, hər bir nazirliyin yanında İctimai Şura yaradılsın. Məqsəd o idi ki, nazirliklə ictimaiyyət arasında bir körpü olsun. Nazirliklər də özlərinə uyğun Qeyri-hökumət təşkilatlarını (QHT) yığdılar başlarına. İndi həmin QHT-lər də nazirliklərin müdafiəsinə çevrilib”.

Primeinfo.az xəbər verir ki, bunu jurnalist Şahin Nəcəf Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.

Məmur özbaşınalığından, məmur-vətəndaş münasibətlərindəki problemlərdən söz açan Şahin Nəcəfin fikrincə, Azərbaycanda bu məsələlər hələ də tam çözülməyib. O, bu istiqamətdə atılan əksər addımları uğursuz hesab edir:

“Qərar verildi ki, Valideyn Şurası yaradılsın. Harada avara adam var, onları yığıb, Valideyn Şurası yaratdılar. Valideyn ilə müəllim arasında daha da uçurum yarandı, münasibətlər daha da gərginləşdi”.

Paylaş: