Xəbər axtarın

Son axtarış nəticələri:

Şirniyə “yox” deyə bilməyənlər: diqqət

16.10.2025 20:05

Artıq çəki zəmanəmizin bəlasına çevrilib. Hazır qidaların daha çox istifadə olunması, hərəkətin azalması əhalidə kökəlməyə səbəb olur. Amma sevindirici xəbər odur ki, pəhriz zamanı da bəzi şirniyyatlar yemək olarmış.
Primeinfo.az xəbər verir ki, bu haqda həkim-dietoloqlar məlumat yayıblar. Belə ki, arıqlama prosesində zefir (amma gərək üzərində şokolad olmasın), jele, quru meyvə və içində qoz ləpəsi olmayan sucuk (pastil) yemək olar.
Mütəxəssislər bildirirlər ki, hətta tərkibində yüksək faizli kakao olan tüdn şokolad, myvəli marmeladın da qorxusu yoxdur. Əsa odur ki, bu şirniləri azqarına yox, yeməyin üstündən qəbul edəsiniz. Həm də bu qidaları axşama saxlamayın ki, kaloriləri yandırmaq mümkün olsun.
Unutmayın ki, faydalı şirmiyyatların belə kifayət qədər kalori tutumu var. Əgər pəhriz zamanı da şirniyə “yox” deyə bilmirsinizsə, onda kalori çatışmazlığını yaratmaq üçün əsas yeməyin miqdarını azaltmaq lazım gələcək.

 

Paylaş: