Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında “Tvente”yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
“Qarabağ” futbol klubu “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib. “Qarabağ” FK “Sabah” FK-nı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, Avropa arenasında növbəti oyunlarında uğurlar arzulayır”, – paylaşımda qeyd olunub.
UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn “Tvente” və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu keçirilib.
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq. Primeinfo.az xəbər verir ki, Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. Oyun Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyununun içində oldular.
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Dinamo”ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Primeinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.
“Əfsuslar olsun ki, rəqib müharibə şəraitində çıxış edir”. Primeinfo.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Dinamo Kiyev” – “Qarabağ” qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, “Dinamo Kiyev”in doğma meydanından kənarda mübarizə aparması psixoloji olaraq təsir edəcək: “Azarkeş, motivasiya və s.
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alıb.