Kiprin “Omoniya” (Aradipu) klubunun futbolçusu Jali Muaddib növbəti mövsümdən karyerasını “Qarabağ”da davam etdirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Aradipu təmsilçisinin baş meneceri Yorqos İrakleus Kipr mətbuatına açıqlamasında deyib. O, 25 yaşlı vingerin “Qarabağ”la ilkin müqavilə imzaladığını təsdiqləyib: “Muaddib bir neçə ay əvvəl “Qarabağ”ın onunla maraqlandığını bizə demişdi.
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. Primeinfo.az xəbər verir ki, “Sabah” “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı ağdamlılar açıb.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olacaq. Primeinfo.az xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Misli Premyer Liqasında klubların 2024-cü ildə inzibati işçilərə ödədikləri əməkhaqqılar müəyyənləşib. Primeinfo.az bu barədə AFFA-nın hesabatına istinadən məlumat verir. İnzibati işçilərə ən çox məvacibi “Qarabağ” verib.
“Qarabağ”ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb. Primeinfo.az “sportinfo.az”a istinadən xəbər verir ki, “köhlən atlar”ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur. Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır.
“Qarabağ” klubu ölkə xaricində yaşayan azərbaycanlı futbolçunu baxışa çağırıb. Primeinfo.az Sportinfo-ya istinadən xəbər verir ki, həmin oyunçu Altay Ordubadidir. ABŞ-də doğulan və futbolda ilk addımlarını Koliforniyada atan 21 yaşlı gənc hazırda Bakıdadır.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu “Kolambus Kryu” klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb. Bu barədə Primeinfo.az-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib. Forvard bu səhər yola düşüb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) komandalar üzrə son beş ilin dünya reytinqini açıqlayıb. Primeinfo.az xəbər verir ki, açıqlanan siyahıya əsasən Azərbaycan klubları arasında ən yüksək nəticəni “Qarabağ” göstərib. Ağdam təmsilçisi 768,75 xalla dünya reytinqində 71-ci pillədə qərarlaşıb.
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb. Primeinfo.az xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq.