Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ FK

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi

ABŞ-ın Azərbaycanakı Səfirliyi “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdur! Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidir.

Britaniya qəzeti Qurban Qurbanovdan YAZDI

Britaniya qəzeti Qurban Qurbanovdan YAZDI

Ötən il xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Primeinfo.az  xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib. Bildirilib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

“Qarabağ” 14 ildən sonra iki top fərqi ilə uduzub

“Qarabağ” 14 ildən sonra iki top fərqi ilə uduzub

Misli Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. Primeinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub. Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb.

Qələbə qolunu vuran Bəhlul "Qarabağ"dan gedir?

Qələbə qolunu vuran Bəhlul "Qarabağ"dan gedir?

Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir. Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir.

Kamilo Duran oyunun ən yaxşısı seçildi

Kamilo Duran oyunun ən yaxşısı seçildi

“Qarabağın” kolumbiyalı hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxta” qarşı oyunun ən yaxşısı seçilib. Primeinfo.az xəbər verir ki, oyun bitdikdən sonra ona mükafat təqdim edilib. Qeyd edək ki, matç “Qarabağın” 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" və "Ayntraxt"ın start heyətləri

"Qarabağ" və "Ayntraxt"ın start heyətləri

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Ayntraxt” kollektivlərinin start heyətləri bəlli olub. Primeinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar. “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.