Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ FK

"Qarabağ" – "Ayaks" oyununa 27 650 bilet satıldı

"Qarabağ" – "Ayaks" oyununa 27 650 bilet satıldı

Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununa indiyədək 27 650 bilet satılıb. Bu barədə Primeinfo.az-a Ağdam klubundan məlumat verilib. Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

"Qarabağ" - "Ayaks" matçını sloveniyalı hakim idarə edəcək

"Qarabağ" - "Ayaks" matçını sloveniyalı hakim idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları bəlli olub. Primeinfo.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək.

“Qarabağ” – “Ayaks” oyunu bu Tv-də yayımlanacaq

“Qarabağ” – “Ayaks” oyunu bu Tv-də yayımlanacaq

“Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.  Primeinfo.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb. “Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.

“Qarabağ”–“Ayaks” biletləri sürətlə tükənir

“Qarabağ”–“Ayaks” biletləri sürətlə tükənir

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb. Primeinfo.az xəbər verir ki, 10, 15, 25, 35 manatlıq biletlər tükənib. Satış saat 15:00-da başlanıb.

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb. Primeinfo.az xəbər verir ki, satışa bu gün, saat 15:00-da start verilib. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Qurban Qurbanov “Qarabağ”la 800-cü oyununu keçirdi

Qurban Qurbanov “Qarabağ”la 800-cü oyununu keçirdi

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onun yubiley matçı Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.

“Qarabağ” Liqada növbəti qələbəsini qazandı

“Qarabağ” Liqada növbəti qələbəsini qazandı

Misli Premyer Liqasının XIII turunda “Qarabağ” doğma meydanda “Karvan-Yevlax”a qalib gəlib. Primeinfo.az-ın məlumatına görə, “Azərsun Arena” baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Ağdam təmsilçisinin heyətində Emanuel Addai (79) və Nəriman Axundzadə (89) fərqləniblər “Qarabağ” 29 xalla turnir cədvəlinə başçılıq edir.

UEFA “Qarabağ”ı bu səbəbdən cərimələdi

UEFA “Qarabağ”ı bu səbəbdən cərimələdi

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu cəzalandırıb. Primeinfo.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub. “Köhlən atlar”ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib.