Bu gün saat 21:45-də UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu qardan təmizlənib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, arenanın ot örtüyünün matç üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı işlər tamamlanıb. Qeyd edək ki, ötən gün arenanın ot örtüyü qar altında qalmışdı.
“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə keçiriləcək qarşılaşma öncəsi son məşqinə çıxıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu sonuncu məşqlə hazırlıqlarını tamamlayıb. Qeyd edək ki, Ağdam təmsilçisi bu oyuna qədər keçirdiyi son 5 matçda 2 qələbə və 1 heç-heçə əldə edib.
UEFA Çempionlar Liqasındakı növbəti oyun “Qarabağ” üçün çox vacibdir. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çox vacib oyundur.
Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.
“Qarabağ” və “Ayntraxt Frankfurt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb. Primeinfo.az xəbər verir ki, matç İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Sandro Şarer olacaq.
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntarxt” (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Satışa sabah, saat 12:00-dan start veriləcək.
“Digər klublardan həm yerli, həm də əcnəbi futbolçularımıza maraq var”. Primeinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ən çox maraq yerli futbolçularadır: “Menecerlər tez-tez əlaqə saxlayırlar.
UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb. Primeinfo.az xəbər verir ki, Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib. Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı.
[caption id="attachment_27392" align="alignnone" width="591"] Qarabağ FK-nın baş məşqçisi Qurban Qurbanov[/caption] Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarının adını açıqlayıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, ilin kişilərdən ibarət ən yaxşı klub komandası “Qarabağ” seçilib. Ağdam təmsilçisinin çalışdırıcısı, təcrübəli mütəxəssis Qurban Qurbanov isə ilin ən yaxşı kişi məşqçisi nominasiyasına layiq görülüb.
Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Sabah” ölkə çempionu “Qarabağ”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Sabah” – “Qarabağ” – 2:1 (İkinci hissə) Qol: Leandro Andrade, 9 (0:1), Coy Lens Mikels , 52 (1:1), Aron Maluda, 88 (2:1) Qeyd edək ki, “Sabah” 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib.