Misli Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. Primeinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub. Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb.
Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir. Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir.
Türkiyəli tanınmış idman şərhçisi Ertem Şener “Qarabağ”ın “Ayntraxt” üzərində qələbəsini (3:2) şərh edib. Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. “Qarabağ”a halal olsun.
“Qarabağın” kolumbiyalı hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxta” qarşı oyunun ən yaxşısı seçilib. Primeinfo.az xəbər verir ki, oyun bitdikdən sonra ona mükafat təqdim edilib. Qeyd edək ki, matç “Qarabağın” 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunun start heyətləri müəyyənləşib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Ayntraxt” kollektivlərinin start heyətləri bəlli olub. Primeinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar. “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Bu gün saat 21:45-də UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu qardan təmizlənib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, arenanın ot örtüyünün matç üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı işlər tamamlanıb. Qeyd edək ki, ötən gün arenanın ot örtüyü qar altında qalmışdı.
“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə keçiriləcək qarşılaşma öncəsi son məşqinə çıxıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu sonuncu məşqlə hazırlıqlarını tamamlayıb. Qeyd edək ki, Ağdam təmsilçisi bu oyuna qədər keçirdiyi son 5 matçda 2 qələbə və 1 heç-heçə əldə edib.
UEFA Çempionlar Liqasındakı növbəti oyun “Qarabağ” üçün çox vacibdir. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çox vacib oyundur.
Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.