Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” fransalı futbolçu ilə anlaşıb? - Klubdan AÇIQLAMA

12.05.2026 13:53

“Qarabağ” fransalı futbolçu ilə anlaşıb? - Klubdan AÇIQLAMA

Kiprin “Omoniya” (Aradipu) klubunun futbolçusu Jali Muaddib növbəti mövsümdən karyerasını “Qarabağ”da davam etdirəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Aradipu təmsilçisinin baş meneceri Yorqos İrakleus Kipr mətbuatına açıqlamasında deyib.

O, 25 yaşlı vingerin “Qarabağ”la ilkin müqavilə imzaladığını təsdiqləyib: “Muaddib bir neçə ay əvvəl “Qarabağ”ın onunla maraqlandığını bizə demişdi. Amma buna baxmayaraq, sona qədər komandada qalmaq və mübarizə aparmaq istədiyini vurğuladı”.

Y. İrakleus futbolçunun transferindən maliyyə qazancı əldə edib-etməyəcəkləri ilə bağlı suala da münasibət bildirib: “Müqavilədə müəyyən maliyyə bəndi var. Amma biz komanda olaraq gələcək mövsüm üçün risk etmək istəmirik”.

“Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev isə AZƏRTAC-ın sorğusuna cavab olaraq qeyd edib ki, hansısa oyunçunun transferi yalnız rəsmiləşdikdən sonra ictimaiyyətə açıqlanır: “Ona görə də hazırda bu barədə hər hansı məlumat yoxdur”.

Qeyd edək ki, Jali Muaddib bu mövsüm “Omoniya”nın heyətində 31 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş: