
“Azərbaycanda hələ belə bərbad təhsil sistemi və naziri olmayıb”.
Primeinfo.az xəbər verir ki, bunu jurnalist, hərbi-siyasi ekspert Telman Qasımov Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.
O, Azərbaycanın təhsil sistemindəki nöqsanlardan söz açıb. Bildirib ki, əksər orta məktəblərdə rüşvət baş alıb gedir.
“Məktəblərdə hər bayramda uşaqlardan pul yığılır. Valideynlər bezib pul verməkdən. Müəllimlər günü, 8 Mart Qadınlar bayramı və s. Ləğv edin bu bayramları! Valideyn tanıyıram ki, 3 uşağı məktəbdə oxuyur. Gedib bankdan kredit götürüb ki, Müəllimlər Günündə direktor üçün brilliant qaşlı üzük alınmalıdır, pul yığılır”.