
ABŞ Prezidenti Donald Tramp Asiyaya 5 günlük səfərə gedib.
Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyada görüşlər keçirəcək.
ABŞ Prezidentnin Asiya ölkələri ilə ticarət sazişlərini müzakirə edəcəyi də gözlənilir. Oktyabrın 30-da isə Cənubi Koreyada Çin Sədri Si Cinpin ilə ikitərəfli görüşü planlaşdırılır.
Qeyd edək ki, bu, onun regiona ilk, həmçinin ikinci prezidentlik dövründə ən uzunmüddətli səfəridir.