Xəbər axtarın

Son axtarış nəticələri:

“Tron: Ares” filminin ScreenX formatında nümayişi - FOTO - VİDEO

13.10.2025 17:12

“CineMastercard” kinoteatrında Walt Disney Pictures studiyasının elmi-fantastik janrda çəkdiyi “Tron: Ares” filminin səbirsizliklə gözlənilən premyeradan öncə nümayişi baş tutub.

Primeinfo.az xəbər verir ki, nümayiş ən müasir ScreenX formatında keçirilib. Bu formatda görüntü eyni vaxtda üç ekranda — mərkəzi və iki yan ekranda təqdim olunur.

Filmin rejissoru Yoakim Rönninqdir. Bu ekran əsəri “Tron: İrs” filminin davamı olmaqla, “Tron” franşizasının üçüncü tammetrajlı layihəsidir.

Baş rollara Cared Leto, Evan Piters, Greta Li və Ceff Brices çəkilib.

Süjet tamaşaçıları real hisslərə malik virtual varlıqların yaşadığı kiberkainata aparır. Bu rəqəmsal dünyada diktatura hökm sürür, qladiator döyüşləri keçirilir və köhnə rəqibin geri qayıdışı oyunu daha təhlükəli qaydalarla yenidən başladır…

Qapalı nümayişdə xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir kult “Tron” kainatının ruhunu əks etdirən, rəqəmsal texnologiyalar və vizual möhtəşəmliklə zəngin unikal hadisənin tərkib hissəsi olub.

Seansdan əvvəl “Show1Baku” qrupunun atəş və işıq şousunun neon işıqları ilə bəzədilmiş futuristik kostyumlarda olan iştirakçıları qonaqları qarşılayıb, foto və video çəkdiriblər. Onların təsirli obrazları maraqlı atmosfer yaradıb — sanki tamaşaçılar özlərini rəqəmsal reallığın içində hiss ediblər. Bu təəssüratı isə hər kəsin özünü filmin qəhrəmanı kimi hiss etməsinə və unikal tematik foto ilə xatirə aparmasına imkan verən xüsusi Foto Booth “360 Luxury Party” tamamlayıb.

Nümayişdən əvvəl baş tutan əsas hadisə zalda keçirilən lazer şou olub. Məkan işıq, ritm və tüstü ilə dolub, onların arasından lazer şüaları parlayıb. Dinamik vizual səhnələşdirmə, musiqi və xüsusi effektlərlə tamamlanaraq, şounu filmin təsirli başlanğıcına — “Tron: Ares” dünyasına əsl səyahətə çevirib.

Qeyd edək ki, “CineMastercard” kinoteatrlar şəbəkəsində Tron: Ares filmini türk, ingilis və rus dillərində izləmək mümkündür.

Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.


 

Paylaş: