İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində ifadələri alınan 12 tanınmış şəxsdən 8-nin qan və ya saç nümunələrində narkotik maddə aşkar edilib.
Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analiz nümunələrində narkotik maddə tapılıb.
Onlardan bəzilərinin saçında kokain, digərlərinin qanında isə THC-COOH adlı maddə müəyyən edilib.
Xatırladaq ki, İstanbulda ötən həftə məşhur simalarla bağlı narkotik əməliyyatına başlanılıb.
Əməliyyatla bağlı istintaqın davam etdiyi bildirilir.