Məşhur Argentina serialı “Vəhşi mələk”də “İvo” obrazı ilə tanınan 53 yaşlı aktyor Fakundo Arana həyat yoldaşı Mariya ilə birlikdə tədbirdə görüntülənib.
Primeinfo.az xəbər verir ki, illərin aktyoru necə dəyişdiyi diqqətdən qaçmayıb.
Сütlük 2008-ci ildən evlidir və üç uşaqları var. Arana kino sahəsində fəaliyyətini davam etdirir, lakin onun iştirakı ilə çəkilən filmlər xüsusi populyarlıq qazanmır.
Qeyd edək ki, “Vəhşi mələk” serialı 1998-99-cu illərdə çəkilib və dünyanın 80-dən çox ölkəsində nümayiş olunub. Serialda baş rolları Nataliya Oreyro və Fakundo Arana yaradıb.