Xəbər axtarın

Son axtarış nəticələri:

"Yabancı damat"ın "Memik dede"si 90 yaşında öldü - FOTO

16.10.2025 14:59

Tükiyənin məşhur “Yabancı damat” serialında canlandırdığı “Memik dede” obrazı ilə sevilən aktyor Arif Erkin Güzelbeyoğlu 90 yaşında dünyasını dəyişib.

Primeinfo.az-ın “Milliyet”ə istinadən xəbərinə görə, bu barədə aktyorun oğlu Mehmet Güzelbeyoğlu məlumat verib.

Aktyor 11 sentyabrda 90 yaşını sevdikləri ilə bərabər qeyd edib və doğum günündən şəkillər sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, 1935-ci ildə Qaziantepdə dünyaya gələn Arif Erkin Güzelbeyoğlu memar, musiqiçi, aktyor kimi fəaliyyət göstərib. İstanbul Radiosunda solist və xor ifaçısı kimi çıxış edib. Bir çox tamaşalara musiqilər bəstələyib.

Aktyor “İkinci bahar”, “Bizimkilər”, “Doxsanlar”, “Canım ailəm”, “Muhteşem yüzyıl”, “Yabancı damat” kimi məşhur seriallarda yaratdığı obrazlarla tanınıb.

 

 

Paylaş: