Xəbər axtarın

Son axtarış nəticələri:

Yadigar Muradov süni nəfəs aparatına qoşuldu

30.10.2025 13:14

Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.

Primeinfo.az xəbər verir ki, bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat verib. O, aktyorun səhhətinin stabil olduğunu bildirib. Onun reanimasiyada yatdığını və az-az hərəkət etdiyini qeyd edib:

“Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün”.

Xatırladaq ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.

 

Paylaş: