
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Primeinfo.az xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib.
Y.Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.