Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-dan "Lukoyl"la bağlı qərar

16.11.2025 16:03

ABŞ “Lukoyl”un xarici aktivlərinə qarşı sanksiyaları daha 3 həftə təxirə salıb.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Belə ki, “Lukoyl”un xarici aktivləri ilə əməliyyatlara qoyulan qadağa noyabrın 21-dən dekabrın 13-dək təxirə salınıb. Bu tarixə qədər “Lukoyl”a həmçinin Rusiyadan kənarda pərakəndə yanacaqdoldurma məntəqələrinə xidmət və istismar icazəsi verilib.

“Lukoyl” və “Rosneft”in Xəzər Boru Kəməri Konsorsiumu (Qazaxıstan neftinin ixrac olunduğu boru kəməri), Qazaxıstanın “Tengizçevroyl” şirkəti və Qazaxıstanda Qaraçaqanak yatağının işlənməsi layihəsi ilə bağlı əməliyyatları da dayandırılıb.

Paylaş: