Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də helikopter qəzası: ölən və yaralılar var

09.11.2025 18:22

ABŞ-nin Tennessi ştatının Uilson dairəsində tibbi helikopter qəzaya uğrayıb. 

Primeinfo.az xəbər verir ki, bu barədə Vanderbilt Universiteti Tibb Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qəza baş verən zaman “Vanderbilt LifeFlight” helikopterinin göyərtəsində yalnız 3 nəfər ekipaj üzvü olub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər ciddi xəsarət alıb. Yaralılara Vanderbilt Universitetinin xəstəxanasında tibbi yardım göstərilib.

Paylaş: