Xəbər axtarın

Son axtarış nəticələri:

Administrasiya: Türkiyə təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib

11.11.2025 17:45

Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.

Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib.

Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.

Administrasiya beynəlxalq protokola tam uyğun olaraq, hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır.

Paylaş: