Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Erməniləri yenə millətin təpəsinə çıxarmayın!” - VİDEO

26.11.2025 17:40

 


“Bizə sosial şəbəkələrdə yazırlar ki, “sizin kimilərə görə yenə müharibə olacaq”. Əksinə, elə sizin kimilərə görə yenə müharibə olacaq. Siz yenə o erməniləri gətirib çıxaracaqsınız millətin təpəsinə. Bir də görəcəyik ki, evlərimiz dolub yenə erməni gəlinlərilə. Gəl sonra onların uşaqlarının çıxardığı hoqqanın qarşısını al”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O, beynəlxalq musiqi yarışmasında Ermənistan nümayəndəsinə 12 bal verən və səhnədə onu qucaqlayan müğənni Samirə Əfəndinin bu hərəkətini tənqid atəşinə tutub:

“Samirə Əfəndi deyir ki, “cənab Prezidentin qurduğu sülh siyasətinin ardınca gedirəm”. Cənab Prezident o yolu getmir. Avropada tədbirdə Paşinyan İlham Əliyevə qəhvə içməyi təklif etdi, cənab Prezident onun təklifini rədd etdi. Xarici işlər naziri tez-tez ermənistanlı həmkarı ilə görüşür. Ceyhun Bayramov nə vaxtsa Mirzoyanı qucaqlayıb? Və yaxud da bizim rəsmi şəxslər ermənilərlə görüşəndə qucaqlaşırlar? Bu nə aşağılılıq kompleksidir?”

Daha ətraflı “Qırmızı masa”da:

 

 

 

 

 

Paylaş: