
“Ermənistan silah-sursat almaq əvəzinə, Zəngəzur dəhlizinin açılışına pul xərcləsin. Azərbaycana vurduqları mənəvi və fiziki zərərə görə kompensasiyanı ödəsin. Silahı neynir ki? Ermənistana silah haramdır!”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində hərbi ekspert Ədalət Verdiyev bildirib.
“Ermənistanın əlində silah olan kimi Azərbaycan ərazilərinə, Azərbaycan vətəndaşlarına qarşı istifadə etmək həvəsinə düşür. Biz bunun canlı şahidiyik. Elə ölkələr var ki, onların silahlandırılması məqsədəuyğun deyil. Bu ölkələrdən dünyada birincisi də məhz Ermənistandır”, – Ədalət Verdiyev vurğulayıb.
Hərbi ekspertin sözlərinə görə, işğal tarixinə malik bir ölkənin silahlandırılması, çoxsayda ordu saxlaması məsləhət deyil.