Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq"

19.11.2025 20:05

“İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq”.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, Rusiya və Ukrayna arasında İstanbul görüşləri zamanı humanitar məsələlərdə irəliləmə mümkün olub:

“Bu görüşlər zamanı tərəflər arasında atəşkəs, sülh, eləcə də hərbi məsələlər müzakirə olunub. Bunlar çox böyük addımlardır. Bugünkü görüşdə də İstanbul görüşlərinin davam edilməsinin gərəkliliyini vurğuladıq.

Müharibənin dərinləşdiyi dövrdə İstanbul görüşlərinin diplomatik həllə yönəlmiş addımlarda önəmli olduğunu bildirdik.

Enerji resurslarına yönəlmiş hücumlar və həlak olanların artması hər iki tərəf üçün böyük dağıntı və insan tələfatına səbəb olur”.

Paylaş: