Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə bağlı səyahət tövsiyələrini sərtləşdirib və ölkə vətəndaşlarını dərhal Rusiya ərazisini tərk etməyə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun yenilənmiş təhlükəsizlik xəbərdarlığında qeyd olunub. Əvvəllər xəbərdarlıq əsasən Ukrayna ilə sərhəd bölgələrinə aid idisə, yeni tövsiyələr artıq Rusiyanın bütün ərazisini əhatə edir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyində vida görüşü keçirib. Primeinfo.az xəbər verir ki, səfir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Rəşad Məmmədov bildirib ki, Türkiyə Cümhuriyyəti nəzdindəki vəzifə müddətinin tamamlanması münasibətilə Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru, səfir Mehmet Samsara vida ziyarətində olub.
Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində deyilir. XİN rəsmisi bildirib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir: “Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur”.
22 iyun tarixində Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan və Özbəkistan xarici işlər nazirləri arasında telefon danışığı olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə…
18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.