29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Nazir Ceyhun Bayramov, Murat Nurtleuya gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb. Primeinfo.az xəbər verir ki, bəyanatda deyilir: “Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür. Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri ilə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla tərəfdaşlığın BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının (AK) ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.