Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Əhməd Metani ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Samir Şərifov arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Fələstin arasında dərin qardaşlıq münasibətləri və ortaq mədəni dəyərlər vurğulanıb.
Azərbaycan XİN 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir: “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrimizin yenidən yüksəlişinin rəmzidir. Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinin 34-cü il dönümü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik və davamlı tərəqqi arzulayırıq”.
Azərbaycan Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib. Primeinfo.az-ın xəbərinə görə, Azərbaycan XİN Qətər diplomatlarının Misirdə avtomobil qəzasında faciəli şəkildə həyatlarını itirməsi ilə əlaqədar Qətər Dövləti hökumətinə və xalqına başsağlığı verib. Qeyd edək ki, Qəzza ilə bağlı danışıq prosesində vasitəçi qismində iştirak edən Qətərin 3 diplomatı Misirdə avtomobil qəzasında ölüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Məhəmməd İshaq Dar sosial media hesabında paylaşım edib.
“Onlar təyyarə ilə Türkiyəyə yola salınıb”.
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir. İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşü çərçivəsində baş tutur.
“Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı da gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik”.
“Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib”. Primeinfo.az xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik.
Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Primeinfo.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz “X” hesabında məlumat verib. “Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb.