Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Rusiya Türkiyə gəmisini VURDU: 10 dənizçi ölüb - YENİLƏNİB

20.07.2026 11:29

TƏCİLİ: Rusiya Türkiyə gəmisini VURDU: 10 dənizçi ölüb - YENİLƏNİB

İyulun 19-da Rusiya ordusu üç raketlə Qara dənizdə taxıl daşıyan Türkiyəyə məxsus “GOLDEN LEO” mülki yük gəmisinə zərbə endirib.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Raket hücumu nəticəsində 10 dənizçi həlak olub. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçidir (lotsman).

“İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb”, – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, Qvineya-Bisau bayrağı altında üzən yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.

Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni Qara dənizdə növbəti terror aktı kimi qiymətləndirib.

Paylaş: