Xəbər axtarın

Son axtarış nəticələri:

Almaniya Azərbaycana yeni səfir təyin edib

20.07.2026 16:44

Almaniya Azərbaycana yeni səfir təyin edib

Almaniya Azərbaycana yeni səfir təyin edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyindən APA-ya məlumat verilib.

Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.

Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.

Paylaş: