Xəbər axtarın

Son axtarış nəticələri:

Rəşad Dağlının oğlu yarışda birinci oldu - VİDEO

20.07.2026 17:47

Rəşad Dağlının oğlu yarışda birinci oldu - VİDEO

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif uğur qazanıb.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, Yusif Gəncədə keçirilən karate yarışında iştirak edib və birinci yerə layiq görülüb. O, sevincini sosial şəbəkədə paylaşdığı video ilə izləyiciləri ilə bölüşüb.

Yusif əldə etdiyi qələbəni mərhum dayısına həsr etdiyini bildirib:

“Bu qələbəni dayıma həsr edirəm. O, bir müddət əvvəl rəhmətə gedib. Bu gün onun 40 mərasimi idi.”

Qeyd edək ki, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

View this post on Instagram

 

Paylaş: