
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ ilə danışıqlara yalnız hərbi cəbhədə strateji üstünlük əldə etdikdən sonra keçə biləcəyini bildirib.
Primeinfo.az xəbər verir ki, Əraqçi bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, müharibə ya hərbi qələbə, ya da danışıqlar yolu ilə başa çata bilər və danışıqlar üçün ən əlverişli vaxt döyüş meydanında etibarlı üstünlük qazanıldıqdan sonradır.
O bildirib ki, hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanılması ilə bağlı qərarlar dəqiq hesablamalar əsasında qəbul edilməlidir.
Qeyd edək ki, ABŞ ordusu bazar ertəsi İrana qarşı növbəti gecə hava zərbələrini həyata keçirib. ABŞ Dövlət katibi Marko Rubio isə Vaşinqtonun münaqişənin diplomatik yolla həllinə açıq olduğunu bəyan edib.