
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının finalındakı məğlubiyyətdən sonra emosional anlar yaşayıb.
Primeinfo.az xəbər verir ki, İspaniya ilə keçirilən həlledici qarşılaşmadan sonra argentinalı ulduz göz yaşlarını saxlaya bilməyib.
Messi komanda yoldaşları ilə birlikdə yaşadığı məyusluğu gizlədə bilməyib. Finalda məğlubiyyət yaşayan Argentina millisi dünya çempionluğu şansını əldən verib.
Dünya çempionatlarında ilk debütünü düz 20 il əvvəl edən Messinin aktivində bir qızıl (2022) və iki gümüş (2014, 2026) medal var. Yaşının 39-a çatması onun Argentina millisindəki gələcəyini ciddi şəkildə müzakirə mövzusuna çevirib. Lakin o, bu dünya çempionatının onun karyerasında sonuncu olub-olmaması ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya Argentina millisini məğlub edərək turnirin qalibi olub.









