Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO

20.07.2026 02:02

DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

Primeinfo az xəbər verir ki, DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gəliblər.

Matçın ilk hissəsində hesab açılmayıb.

İkinci hissə qarşılıqlı kobud müdaxilələr və gərgin oyunla yadda qalıb.

Bunun nəticəsi olaraq əsas vaxtın son dəqiqələrində Argentina millisi 1 nəfər azlıqda qalıb. Enzo Fernandez 90+3-cü dəqiqədə gördüyü 2-ci sarı kartdan sonra qırmızı vərəqə ilə cəzalanaraq oyunu tərk edib.

Görüşün əsas vaxtında qapılara qol vurulmayıb və matç əlavə vaxta gedib.

Əlavə vaxtın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.

Uzatmaların ikinci yarısı başlar-başlamaz İspaniya millisi hesabı açıb. 106-cı dəqiqədə Ferran Torres fərqlənib: 1:0.

Oyun bu hesabla başa çatıb və İspaniya millisi tarixində ikinci dəfə dünya çempionatının qalibi olub.

DÇ-2026

Final

19 iyul

23:00. İspaniya – Argentina 1:0

Qol: F. Torres, 106

Qırmızı vərəqə: E. Fernandez, 90+3Ş,

***

19 İyul, 23:00

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Primeinfo.az xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşır.

Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Millilərin start heyətləri:

Argentina: Martines, Montiel, Romero, L. Martines, Talyafiko, De Paul, Mak Allister, Entso, N. Qonsales, Messi, Alvares.

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Ruis, Yamal, Olmo, Baena, Oyarzabal.

Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.

DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO

DÇ-2026-nın FİNALI: İspaniya dünya çempionu oldu - FOTO - VİDEO

 

Paylaş: