
İran Prezidenti Məsud Pezeşkian İspaniya milli komandasını futbol üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.
Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“İspaniya xalqını və hökumətini milli futbol komandasının uğuru və dünya çempionatında qazandığı layiqli qələbə münasibətilə təbrik edirəm”, – deyə Pezeşkian bildirib.
O əlavə edib ki, “Dost İspaniya xalqının və hökumətinin sevinci İran xalqının və hökumətinin də sevincidir”.
Xatırladaq ki, iyulun 19-da keçirilən final oyununda İspaniya millisi Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.
Qeyd edək ki, İspaniya ABŞ-İran müharibəsi zamanı Vaşintoqnun göstərişlərinə məhəl qoymayan dövlətlər sırasında yer alıb.