
“Ukrayna qüvvələri Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”nın iki tankerinə və dörd quru yük gəmisinə zərbələr endirib”.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” kanalında məlumat yayıb.
“Qara dəniz akvatoriyasında “kölgə donanması”nın iki tankeri və dörd quru yük gəmisi vurulub”, – deyə o bildirib.
Zelenski həmçinin Moskva regionundakı logistika obyektlərinə və neft bazasına yeni zərbələr endirildiyi barədə məlumat verib: “Pilotsuz Sistemlər Qüvvələrinin, kəşfiyyatın, raket qoşunları və artilleriyanın, eləcə də Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm”.
Zelenskinin sözlərinə görə, hədəflər Ukrayna sərhədindən 400 kilometrdən çox məsafədə yerləşib.
“Bu müharibə başa çatmalıdır və buna yalnız müharibənin yeganə səbəbkarı olan Rusiyaya təzyiqin artırılması ilə nail olmaq mümkündür”, – deyə Zelenski vurğulayıb.