İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək görüşü davam edir.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.
Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhər və ştatlarında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə bəyannamələr verilib.
Ermənistan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında məlumat verib. “Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyannamə ilə Ermənistan və Böyük Britaniya arasında əlaqələrdə yeni və ümidverici fəsilə qədəm qoyuruq”, – Paşinyan qeyd edib.
Astanada Türk Dövlətləri Təşkilatının (TDT) ətraf mühit və ekologiya məsələləri üzrə nazirlərinin İkinci görüşünün yekunlarına dair Bəyannamə imzalanıb. Primeinfo.az Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və təşkilatdan olan müşahidəçilər iştirak ediblər. Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev ölkələrin iqlim dəyişikliyi, tükənmiş su ehtiyatları, torpaqların deqradasiyası, Xəzər dənizinin dayazlaşması və Aral dənizinin qurumasının nəticələri də daxil olmaqla ortaq ekoloji problemlərlə üzləşdiyini qeyd edib.