
“CineMastercard” premium kinoteatrlar şəbəkəsi iyulun 22-si Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün xüsusi kampaniya təşkil edib.
Primeinfo.az-a bu barədə kinoteatrlar şəbəkəsindən məlumat verilib.
Qeyd edilib ki, jurnalist peşəsinə və onların cəmiyyətin inkişafındakı mühüm roluna ehtiram əlaməti olaraq media nümayəndələrinə şəbəkənin kinoteatrlarında nümayiş olunan istənilən filmə bir ədəd ödənişsiz bilet təqdim olunacaq.
Kampaniyadan yararlanmaq üçün:
• kinoteatrın kassasına yaxınlaşmaq;
• etibarlı xidməti vəsiqəni təqdim etmək;
• qeydiyyat formasını doldurmaq;
• izləmək istədiyiniz filmi seçmək kifayətdir.
“Jurnalistlər cəmiyyətin operativ və etibarlı məlumatlandırılmasında mühüm missiya daşıyırlar. Onların peşəkarlığı sayəsində insanlar ölkədə və dünyada baş verən hadisələr, əldə olunan uğurlar, mədəni həyat və ictimai əhəmiyyət daşıyan mövzular barədə dolğun və obyektiv məlumat əldə edirlər. “CineMastercard” Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində yeni nailiyyətlər, maraqlı layihələr, tükənməz ilham, möhkəm cansağlığı və uğurlar arzulayır”, – deyə məlumatda bildirilir.