
“Rusiyada hərbi kollegiyanın iclasında deyilir ki, yaxın həftələrdə Lvova qədər getməliyik. Lakin onlar reallıqları düzgün hesablaya bilmirlər. Hazırki rus qoşunlarının yerləşdiyi ərazidən Lvova qədər təxminən 1350 km-dır. Ora qədər əraziləri işğal edib yarmaq üçün ən azı milyondan çox əsgər, yüzlərlə qırıcı təyyarə, bir o qədər bombardmançı təyyarə və s. lazımdır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Politoloq əlavə edib ki, ruslar nüvə silahından da istifadə etmək istəyə bilər, lakin bu çox böyük riskdir.
Davamı “Qırmızı masa”da: