Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev Tural Sadıqlıya: "Vətənə xəyanət edən insanlara yazığım gəlir" - VİDEO

21.07.2026 17:00

Hikmət Hacıyev Tural Sadıqlıya: "Vətənə xəyanət edən insanlara yazığım gəlir" - VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xaricdə yaşayan mühacir, bloqer Tural Sadıqlı ilə ayaqüstü söhbət edib.

T.Sadıqlının sualına cavab verən Hikmət Hacıyev “Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Həyatda ən çətin şey Vətənə, dövlətinə xəyanət etməkdir. Mənim o insanlara yazığım gəlir, bunu bədbəxtçilik sayıram”, – deyə bildirib.

Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, prokurorluğun rəsmi çağırışlarına gəlmədiyi üçün iş materialları qiyabi icraatda baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Sadıqlı verilmiş ittihamlarla təqsirli bilinib. Ona ölkə xaricində olduğuna görə 14 il müddətinə qiyabi azadlıqdan məhrumetmə cəzası verilib.

Primeinfo.az həmin görüntünü tədqim edir:

 

Paylaş: