
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) yaydığı açıqlamada bildirilib.
“Mərkəzi Komandanlıq ardıcıl doqquzuncu axşam İrana qarşı zərbələrin endirilməsini başa çatdırıb”, – deyə məlumatda vurğulanıb.
Komandanlığın açıqlamasına görə, zərbələr nəticəsində idarəetmə mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə vasitələri, hərbi dəniz qüvvələrinin obyektləri, raket və dronların yerləşdiyi məntəqələr hədəfə alınıb.
Qeyd edək ki, bu gecə – Bakı vaxtı ilə 03:00-də CENTCOM İrana qarşı yeni zərbə dalğasının endirilməsinə dair məlumat yayıb: “Bu, artıq ardıcıl doqquzuncu gecədir”.
Bildirilib ki, ABŞ Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlar üçün istifadə etdiyi İranın hərbi potensialını daha da zəiflətməyi hədəfləyir. ABŞ ordusunun hərbi əməliyyatları zamanı Təbriz şəhərinin də hava hücumuna məruz qaldığı barədə məlumat yayılıb.